Məsul aktuari
 
JOB TITLE: Məsul aktuari
EMPLOYER: Azərbaycan Sənaye Sığorta ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-11 LAST UPDATED: 2019-04-15 DEADLINE: 2019-05-11

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: Məsul aktuari

Namizədə aid tələblər:

• Ali - Maliyyə/ İqtisadi/ Riyazi;
• İş təcrübəsi aktuari kimi ən azı 1 il;
• Microsoft Office;
• Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə;
• Riyazi biliklər, analiz etmə, risklərin qiymətləndirilməsi, alqoritmlər qurma, iqtisadi biliklər, sığorta qanunvericiliyi;
• Attestasiyadan keçmiş məsul aktuari şəhadətnaməsi.

İş haqqında məlumat:

• Hər bir sığorta sinfi üzrə və ümumi sığorta portfeli üzrə zərərlik dərəcəsini hesablamaq;
• Ümumi sığorta sahəsi üzrə ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi və tələb olunan kapitalını hesablamaq;
• Sığorta ehtiyatlarının formalaşdırılması, sığortaçının zərərlilik dərəcəsinin hesablanması, tələb olunan kapitalının, investisiya fəaliyyətinin müəyyən edilməsi üzrə sığorta fəaliyyətinin tənzimlənməsi barədəki normativ sənədlərə uyğun hesabatları hazırlamaq; 
• Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta məhsullarının qiymətlərinin müəyyən edilməsində bilavasitə iştirak etmək;
• Aktuar hesabatlar üzrə operativ və təşkilati sənədləri hazırlamaq;
• Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadısələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərin yenidən baxılması üçün təkliflər vermək;
• Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamalar aparmaq və təkliflər hazırlamaq;
• Sığortaçının məcmu kapitalının və öz vəsaitini hesablamaq;
• Sığorta sinifləri üzrə sığorta tarifini hesablamaq və təklifləri hazırlamaq və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 11.05.2019-cu il tarixinədək hr@aiic.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Məsul aktuari”) qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP