Təcrübə proqramı
 
JOB TITLE: Təcrübə proqramı
EMPLOYER: Əjdaha MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-15 LAST UPDATED: 2019-04-15 DEADLINE: 2019-05-15

ƏJDAHA MMC 2017-ci ildən etibarən Azərbaycan bazarında  “Əjdaha Dönər” adı altında yerli fast-food brendi kimi fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda Bakıda 7 filialımız mövcuddur. Hədəfimiz yeni filiallar açaraq şəbəkə yaratmaq və yalnız ölkəmizin bazarında yerli fast-food brendi kimi deyil, eyni zamanda da ölkə xaricində yerli brend olaraq tanınmaqdır.

Hal-hazırda şirkətimiz böyüməkdə və filiallarının sayını artırmaqdadır.

Hər bir müştərinin individual ağız dadını nəzərə alaraq,təqdim etdiyimiz keyfiyyətli məhsullarla zövqünüzü oxşamağa çalışırıq. 
Şəbəkəmizin genişlənməsini nəzərə alaraq və malik olduğumuz spesifik təcrübəni gənclərimizlə palylaşmaq , onlara yeni imkanlar yaratmaq məqsədi ilə  peşə öyrənmək istəyən və təcrübə axtarışında olan gəncləri daxili təcrübə proqramında iştirak etməyə dəvət edirik!

Əjdaha MMC filialları daxilində bütün vəzifələr üzrə ödənişsiz təcrübə proqramını açıq elan edir:

- Dönər hazırlanması
- Kassa Əməliyyatları
- Qida təhlükəsizliyi
- Stock idarə oluması

Tələblər:

- Aktiv iş mühitində çalışmağa hazır
- Cəld, ünsiyyətcil, bacarıqlı
- Məsuliyyətli

Təcrübə proqramı boyunca Siz, daxili və xarici təlim proqramlarında iştirak haqqı, təcrübə proqramının sonunda isə  iş imkanı qazanacaqsınız.

Maraqlanan namizədlərdən, applicants@ajdaha.az  ünvanına CV-lərini  mövzu hissəsində “Təcrübəçi” başlığı ilə  göndərməyini  xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP