Avadanlıq və məlumat bazalarının dəstəklənməsi şöbəsinə namizəd
 
JOB TITLE: Avadanlıq və məlumat bazalarının dəstəklənməsi şöbəsinə namizəd
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-15 LAST UPDATED: N/A DEADLINE: 2019-05-15

“ABB” ASC  Avadanlıq və məlumat bazalarının dəstəklənməsi şöbəsinə əməkdaşlar axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Server infrastrukturunun və Yedəklənmə sistemlərinin administrasiyası;    
 Server avadanlıqlarının  və Virtualaşma sistemlərinin administrasiyası və texniki dəstəyi; 
 Proqram təminatının monitorinqıının məhsuldarlığı;      
 Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqənin yaradılması;  
 Sistem problemlərinin həlli və diaqnostikası;       
 Avadanlığının quraşdırılması və sazlanması, dəyişikliklərin sənədləşdirilməsi.              

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi;
 AİX əməlliyət sistemi üzrə iş təcrübəsi;
 SAN (Storage Area Network) üzrə iş təcrübəsi;
 IBM server avadanlıqları üzrə iş təcrübəsi;
 Storage texnologiyaları, Yedəklənmə texnologiyaları, Virtualaşma üzrə bilik və bacarıqlar.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  25 aprel 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Avadanlıq və məlumat bazalarının dəstəklənməsi şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP