Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: Modern Group of Companies LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-19 LAST UPDATED: N/A DEADLINE: 2019-05-19

Şirkətin adı: “Modern Group of Companies” MMC

“Modern Group of Companies” MMC 19 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı minlərlə insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; meyvə şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, IT texnologiyaları xidməti, mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçi məmnuniyyətinə və onların inkişafına xüsusi önəm verir.

İşin adı:Daxili Auditor
İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: 1-3 il
Əmək haqqı: 1400-1800 AZN
İş qrafiki : 5 günlükdür

İş barədə məlumat:

• Təhkim olunmuş müəssisələrdə auditin aparılması
• Mütəmadi departament rəhbərinə hesabatların təqdim edilməsi

Namizədə tələblər:

• Mühasibatlıq və ya oxşar sahədə ali təhsil
• Ofis proqamları: MS office (word,excel)
• Logo, 1C programların bilməsi arzuolunandır
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq
• Analitik düşünə bilmə, riyazi və mühasibat üzrə biliklər
• Ünsiyyət qurma və komandada işləmək bacarığı
• Ezamiyyətə gedə bilmə imkanları
• Rus dilini bilməsi arzuolunandır

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını   hr@moderngroup.az e-mailinə 01.05.2019 cu il tarixinə qədər mövzu yerində “Daxili auditor” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP