Auditor
 
JOB TITLE: Auditor
EMPLOYER: Telecommunication Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-19 LAST UPDATED: N/A DEADLINE: 2019-05-19

Azərbaycanın aparıcı telekomunikasiya şirkəti Auditor (3 vakansiya: texniki, maliyyə, kadrlar) vəzifəsi üzrə işçi qəbulu elan edir.

İşin qısa təsviri:

Ərizə və şikayətlərə baxılması, departament, bölgələrdəki qovşaqlar və digər strukturlarda maliyyə, iqtisadi, hüquq, anbar, kabel təsərrüfatı və digər sahələrdə tam auditin keçirilməsi.

Əsas vəzifə və öhdəlikləri:

1. Risklərin idarə olunmasını, əməliyyatların effektivliyinin nəzarətini, maliyyə əməliyyatlarının düzgünlüyünü və qaydalara riayət olunmasını nəzərə almaqla, tam audit dövranını icra edir;
2. Daxili auditinin həcmini müəyyən edir və illik planları tərtib edir;
3. Mühasibat hesabatlarını, sənədləri, məlumatları təhlil edir;
4. Daxili adit hesabatları tərtib edir və irəli gələn nəticələrə dair tövsiyələr verir;
5. Audit komitəsinin işçiləri ilə əlaqələr qurur;
6. Digər struktur  bölmələrilə  qarşılıqlı fəaliyyət göstərir;
7. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Təcrübə və Bacarıqlar:

1. Audit üzrə ali təhsill (magistr dərəcəsi də daxil olmaqla);
2. Daxili Audit üzrə ən azı 3 illik iş təcrübəsi;
3. Audit sahəsində iştirak etdiyi beynəlxalq təlim və kursların sertifikatları;
4. Böyük həcmli məlumatların idarə olunması və ətraflı hesabatların tərtib etmə bacarığına malik olmalıdır;
5. Daxili Audit Haqqında Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
6. Auditə dair Təlimat və Qaydaları mükəmməl bilməlidir, habelə daxili auditə aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
7. Güclü analitiki düşuncəyə malik olmalıdır, detallara dəqiq və diqqətli olmalıdır;
8. Azərbaycan, Rus dillərini mükəmməl bilməlidır, İngilis dili arzuolunandır;
9. Word, Excel, Power Point MS Office və Outlook və mühasibat və məlumat bazaları proqramlarını mükəmməl bilməlidir;
10. Stressə davamlı olmalıdır;
11. Müntəzəm ezamiyyətlərə getmək imkanları olmalıdır;
12. Ünsiyyət qurmaq, fikrini izah etmək, komandada işləmək bacarığına malik olmalıdır.

E-ünvan: telecom.corp2015@gmail.com 

Maaş gözləntisini və müraciət etdiyiniz vəzifələrdən birinin adını e-məktubunuzun mövzu hissəsində göstərin: 1) Auditor: Texniki; 2) Auditor: Maliyyə; 3) Auditor: Kadr.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP