Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Telecommunication Company DUTY STATION: Azerbaijan, Sumgait
PUBLISHED: 2019-04-19 LAST UPDATED: N/A DEADLINE: 2019-05-19

Azərbaycanın aparıcı telekomunikasiya şirkəti Sumqait filialı üçün Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas Tələblər:

1. Ali Hüquq Təhsilli;
2. Hüquq üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmalıdır;
3. Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini mükəmməl bilməlidir,
4. Azərbaycan dilini mükəmməl bilməlidir;
5. İşgüzar yazışma əsaslarını bilməlidir;
6. Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
7. Azərbaycan dilini mükəmməl bilməlidır;
8. Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
9. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
10. MS Office (Word, Excel) və Outlook programlarını mükəmməl bilməlidir;
11. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
12. Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir;
13. İşgüzar yazışma əsaslarını bilməlidir.

Əsas vəzifə və öhdəlikləri:

1. Qovşağın mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsinin təmin edir;
2. İddia ərizələrini pretenziyalarının məhkəmə aktlarından apelyasiya, kassiya şikayyətlərinin hazırlanmasını;
3. Bağlanılan müqavilələrin tərtib edilməsində iştirak edir, həmin müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsi baradə rəy verir və bağlanmış müqavilələrin düzgün icra olunmasında aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
4. Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
5. Rabitə qaydalarına əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır;
6. Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
7. Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Daxili normativ aktların tərtibatında iştirak edir;
8. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
9. Kadr məlumat bazasını, dəyişiklikləri nəzarə almaqla, daima yeniləyir;
10. Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşməni (əmək kitabçaları, mənzuniyət uçotu, əmrlər, işləmə qabliyyəti olmama baradə (xəstəlik) vərəqələr, davamiyyət tabelləri zamanında və keyfiyyətlə aparır;
11. İşçilər haqqında məlumatı e-gov portalına daxil etmək;
12. İşçilərin şəxsi fayllarını yaradır və fəaliyyətləri ilə bağlı yenilikləri nəzarə almaqla zəruri dəyişiliklər edir;
13. Həmkarlar tərəfindən tələb olunan arayışları, əmək kitabçalarının sürətlərini və digər zəruri sənədləri düzgün doldurur və zamanında tələb olunan yerə çatdırır;
14. Müddəti bitmiş sənədləri müəyyən qaydada arxivə təhvil verir;

E-ünvan: telecom.corp2015@gmail.com

Maaş gözləntisini və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqait: Hüquqşünas).

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP