Zəmanət üzrə menecer
 
JOB TITLE: Zəmanət üzrə menecer
EMPLOYER: Volkswagen Bakı Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-22 LAST UPDATED: 2019-04-22 DEADLINE: 2019-05-22

Volkswagen Bakı Mərkəzi daxilində fəaliyyət göstərən Rəsmi Servis üçün “Zəmanət üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Yerli zəmanət normalarının tətbiqi və idarə edilməsi;
• Məhsulun sıradan çıxması halının araşdırılması, təmirinin koordinasiyası üzrə məsuliyyət;
• Zəmanətlə bağlı bütün məlumatların əldə edilməsi və öyrənilməsi;
• İstehsalçı və diler arasında əlaqə;
• Zəmanət iddialarının idarə edilməsi;
• Müştəri şikayətləri ilə bağlı şərtlər və qaydalar daxilində danışıqların aparılması;
• İstehsalçının göstərişi ilə verilən bütün əməliyyatların koordinasiya edilməsi;
• Xidmət göstərilməsi və ya problemlərinin aradan qaldırılması və həlli məqsədilə korporativ departamentlərlə əlaqəli şəkildə işləmək;
• Zəmanət iddiaların izlənməsi, təhlili və yoxlanması;
• Zəmanətlə bağlı təmir işləri üçün ehtiyat hissələrinin inventarının idarə edilməsi;
• Müdiriyyətin tapşırıqlarını yerinə yetirilməsi.

Namizədlərə tələblər:

• Yaş: 22-35;
• Ali təhsil (Texniki və idarəetmə sahəsində təhsil arzuolunandır);
• Zəmanət prosesləri və məsələləri ilə bağlı ilkin bilik səviyyəsi;
• Azərbaycan, Rus və İngilis dillərini bilməli, Alman dili biliyi üstünlükdür;
• MS Office proqramlarında işləmə bacarığı;
• Sürətli öyrənmə və komandada işləmə qabiliyyəti;
• Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti;
• Nümunəvi və diplomatik görünüş;
• Təqdimat üsulları bacarığı;
• Dilerliyin bütün səviyyələrində əmin şəkildə danışıqlar aparma bacarığı;

İş qrafiki: 9:00-18:00, 6 günlük;
Əmək haqqı: 900 AZN
 
Xahiş edirik, vəzifə ilə maraqlanan namizədlər öz CV-lərini "mövzu" yerinə "Zəmanət üzrə menecer" qeyd etməklə  office@volkswagen.az elektron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP