Layihə mühəndisi (tikinti üzrə)
 
JOB TITLE: Layihə mühəndisi (tikinti üzrə)
EMPLOYER: Tikinti şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-22 LAST UPDATED: 2019-04-22 DEADLINE: 2019-05-22

Layihə mühəndisi (tikinti üzrə)

Əsas vəzifə və öhdəliklər:

• Baş mühəndisin tapşırıqlarını yerinə yetirmək;
• Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək və konstruksiya işləri üzrə hesabatların aparılması;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq və layihələndirmə üçün tapşırıqları tərtib etmək;
• Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi
• Layihə-smeta sənədləri hazırlanmasında iştirak etmək və sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Cizgilərin hazırlanması;
• Mühəndis nəzarəti;
• Tender sənədlərinin hazırlanması;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi

Tələblər:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi;
• Yaş həddi: 25-50 yaş
• Müvafiq qanunvericilik aktları və normalarını;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Komputer bilikləri: Microsoft Office və AutoCAD (Lira, STAAD pro, Revit və s. bilənlərə üstünlük verilir) proqramları;
• İşə məhsuliyyətli yanaşmaq;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki- 6 gün, şənbə günü-qısa gün
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Layihə mühəndisi” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq)  vacancies.office@inbox.ru elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP