Kadr müvəkkili
 
JOB TITLE: Kadr müvəkkili
EMPLOYER: ЕSIS ( Ecer Success International System) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-11 LAST UPDATED: 2019-06-11 DEADLINE: 2019-07-11

Kadr müvəkkili tələb olunur

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ESİS sisteminin ən fəal üzvü kimi, uğurlu karyera qurmaq istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənmək biliklərinizi başqaları ilə də paylaşmaq və laiq olduqlarınızı əldə etmək üçün size ESİS Beynalxalq Sistemdə işləməyə və təlimlərdən yararlanmağa çağırır.

Bu iş sizə nələri qazandıracaq:

- Marketinq, bizness sahəsində dərindən öyrənmək imkanları
- Müvafiq sahədə özünü reallaşdırmaq imkanları
- Professional və maddi inkişaf perspektivləri
- Adekvat əmək haqqı

Vəzifə öhdəlikləri:

- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- Kadrların seçiminin təşkili
- Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi,
- İşə qəbulla əlagədar müsahibələrin keçirilməsi
- Kadrların idarə edilməsi prosessinin həyata keçirilməsi
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkminləşdirmək.

Tələblər:

- Ali təhsil
- minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan və Rus dillərində səlis danışıq bacarığı
- MC Office proqramlarında (Excell, Word) işləmək bacarığı
- Şirkət daxilində və xaricində əla ünsiyyət qurmaq bacarığı
- İşində məsuliyyətli və dəqiq olması
- Diqqət, çeviklik, analitik düşüncəsi yüksək olan

İş şəraiti:

İş günləri: 5 gün saat 10:00-18:00
Şirkət tərəfindən təlimlərdə iştirak

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  mgula85@mail.ru elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “ Kadr müvəkkili” şəklində göstərilməsi xahiş edirik.
İşə qəbul prossesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlagə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP