Zəng Mərkəzinin Operatoru
 
JOB TITLE: Zəng Mərkəzinin Operatoru
EMPLOYER: FoxExpress DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-23 LAST UPDATED: N/A DEADLINE: 2019-05-23

2018 - ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri - Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

ZƏNG MƏRKƏZİNİN OPERATORU

İş yeri: Bakı şəhəri (“Tri Korona”)
İş vaxtı: Növbəli
Əmək haqqı: Namizəddən asılı olaraq dəyişir
Tabeçilik: Satış şöbəsinin müdiri

İŞİN TƏSVİRİ

− 24/7 fəaliyyət göstərən 175 “Qaynar Xətt”-inə gələn zəngləri cavablandırmaq;
− Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
− Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
− Zənglərin qeydiyyatını aparmaq və statistik hesabatlar hazırlamaq;
− Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil;
− Azərbaycan və Rus dillərində səlis danışıq bacarığı;
− İnsanlarla dialoq qurma bacarığı;
− Microsoft Ofis Proqramları üzrə bilik (Microsoft Word, Microsoft Excel);
− Bu sahədə təcrübə tələb olunmur;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 31.05.2019 - cu il tarixinədək hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP