Document Controller
 
JOB TITLE: Document Controller
EMPLOYER: Buxar Mühəndislik DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-23 LAST UPDATED: N/A DEADLINE: 2019-05-23

Buxar Mühəndislik “  şirkəti

Document Controller

Namizədə dair tələblər:

• Bakalavr dərəcəsi
• Sənədlərin idarə edilməsi üzrə ən azı 3-5 il peşəkar təcrübə
• Yüksək səviyyəli yazılı, şifahi əlaqə saxlamaq, təşkilati səriştələr, vaxtın məhsuldar idarə olunması
• Yüksək səviyyəli kompüter bacarıqları
• İngilis dilində sərbəst danışmağı və yazmağı bacarmaq, müxtəlif hesabatlar və statistik məlumatları tərtib etmək bacarığı.
• ISO 9001 standartlarını bilmək
• Xarici şirkətlərdə əvvəlki iş təcrübəsi olanlara üstünlük verilir
• Eyni zamanda bir neçə tapşırığı yerinə yetirmək bacarığı
• Problemləri həll etmək qabiliyyəti

İş barədə məlumat:

- Layihə ilə əlaqəli bütün sənədlərə və qeydlərə nəzarət etmək və şirkət daxilində sənədlərin paylanmasına görə KNM ilə birgə məsuliyyət daşımaq.
- Layihə işləri üçün sənədlərin nömrələnməsi sistemini təyin etmək və ona nəzarət etmək.
- Bütün elektron və kağız sənədlərin nüsxələrinin arxivləşdirilməsi ilə bağlı işlərin səliqəli şəkildə aparılmasını, sənədlərin asanlıqla tapılmasını təmin etmək üçün tapşırıqları yüksək dəqiqliklə həyata keçirmək.
- Layihə və ayrı-ayrı şöbələrin əməkdaşları tərəfindən məlumat çıxarışları, məlumat axtarışları ilə bağlı sorğulara, habelə dəstək üçün müvafiq müraciətlərə vaxtlı-vaxtında və operativ şəkildə reaksiya vermək.
- Tələb olunduğu hallarda məlumatları səliqəli şəkildə yeniləmək.
- İşlərin gedişatına dair həftəlik hesabatlar vasitəsilə icra olunmamış sənədləşdirmələri aşkar etmək.
- İcra olunmamış sənədləşdirmələr ilə  əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı tərəflərə bildirişlər təqdim etmək.
- Sənədlərin müvafiq qaydada kateqoriyalara bölünməsi, yerbəyer olunması, qeydiyyatı və arxivləşdirilməsini təmin etmək.
- Sənədlərin tamlığını nəzərdən keçirmək və sənədlərin ötürülməsini arxivləşdirmək.
- Şirkətin daxili prosedurlarına müvafiq olaraq sənədlərin keyfiyyətinin yoxlanılmasını həyata keçirmək.

CV-ləri Document controller  mövzusu ilə hr@buxar.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP