Satış müdiri
 
JOB TITLE: Satış müdiri
EMPLOYER: Buxar Mühəndislik DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-23 LAST UPDATED: N/A DEADLINE: 2019-05-23

Buxar Mühəndislik “ şirkəti

Satış müdiri

Namizədə dair tələblər:

• Azərbaycan, İngilis və Rus dillərini (yazılı və şifahi) əla səviyyədə bilmək.
• Microsoft Windows proqramları ilə işləmək bacarığı.
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq.
• Fərdi söhbət və problem həlletmə bacarıqlarına malik olmaq.
• Yüksək dərəcədə məsuliyyətli və etibarlı olmaq.

- Satışın idarə olunması sahəsində minimum 3 illik iş təcrübəsi
- Mühəndislik sahəsi üzrə ali təhsil (mütləqdir)

1. İş barədə məlumat:

- Şirkətin  Satış Müdiri şöbəsinin strategiyasına və gündəlik fəaliyyətinə nəzarəti həyata keçirir. Bu vəzifədə o, həm də yerli bazarda - Şirkətin mövqeyini üstün tutulan bir məkan kimi müəyyən etməkdən ötrü satış, ictimai əlaqələr, gəlirlərin idarəedilməsi strategiyasının planlaşdırılmasına və tətbiqinə cavabdehdir.

• Layihə və ya avadanlıq satışları üzrə  bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
• Bütün satış əməkdaşlarının fərdi hədəflərə nail olmalarına cavabdehlik daşımaq.
• Şirkət üçün bütün satış və marketinq təşəbbüslərini istiqamətləndirmək.
• Seqment fəaliyyəti planlarının işlənib hazırlanmasına göstəriş və istiqamət vermək.
• Aparıcı bazar seqmentlərinin hesab menecmentinə cavabdehlik daşımaq.
• Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək.
• Satışın ümumi mədaxil hədəflərini nəzərdən keçirmək.
• Satış tədbirlərində iştirak etmək.
• Hər hansı həvəsləndirici satış proqramlarını idarə etmək.
• İstehsalat, inzibati və işçi ehtiyaclarını balanslaşdırmaq

Şirkətin avadanlıq satışları üzrə  xarici şirkətlərlə etdiyi əməkdaşlıq əsasında avadanlıqlarının və layihə satişlarının düzgün planlaması və həyata keçirilməsi  ( Viessmann, Grundfos, Gree)

CV-ləri Satış meneceri  mövzusu ilə hr@buxar.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP