Aparıcı Mühasib
 
JOB TITLE: Aparıcı Mühasib
EMPLOYER: ATL İnfoTech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-23 LAST UPDATED: N/A DEADLINE: 2019-05-23

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hal- hazırda ATL İnfoTech şirkəti “Aparıcı Mühasib” vakansiyasını açıq elan edir.

Öhdəliklər:

 Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
 Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
 Mal-materialların uçotunun aparılması;
 Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
 Anbar satışlarının uçotunun daxil edilməsi;
 Baş Mühasibin verdiyi taprşırıqları icra etməli.

Tələblər:

 1C (8.3) üzrə yüksək səviyyədə biliyə sahib olmaq;
 Əlaqədar sahə üzrə ali təhsil (maliyyə və ya iqtisadiyyat üzrə);
 Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

Əmək haqqı  uğurlu namizədlə müzakirə ediləcəkdir. Maraqlanan şəxslərdən müraciət anketlərini (CV)  “Aparıcı Mühasib”  başlığı ilə applicants@atltech.az  ünvanına göndərmələri xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP