Təmir-tikinti və energetika şöbəsinin müdiri
 
JOB TITLE: Təmir-tikinti və energetika şöbəsinin müdiri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-24 LAST UPDATED: N/A DEADLINE: 2019-05-24

Təmir-tikinti və energetika şöbəsi / müdir

İş yeri:

• Bakı şəhəri

Vəzifə öhdəliklər:

• Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
• Şirkətin təmir-tikinti və energetika işlərinə nəzarətin təşkil edilməsini təmin etmək;
• Şirkətin  təmir-tikinti və energetika sahələrinin fəaliyyətinə dair hesabatların hazırlanmasına nəzarət etmək;
• Şirkətin sifarişi əsasında  təmir-tikinti və energetika üzrə fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarəti təşkil etmək;
• Şirkətin  təmir-tikinti və energetika  sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;
• Şirkətin mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanıb təsdiq edilməsinə və icrasına nəzarət etmək;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
• Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
• Dil bilikləri:  Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri yaxşı;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Minimum 5 il müvafiq sahədə iş təcrübəsi

Namizədlərdən tərcümeyi halını <hrm2019@mail.ru> ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (təmir-tikinti və energetika şöbəsinin müdiri) göstərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP