Çilingər-motorist
 
JOB TITLE: Çilingər-motorist
EMPLOYER: Lexus Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-24 LAST UPDATED: N/A DEADLINE: 2019-05-24

Çilingər-motorist

Əsas vəzifələri və cavabdehlikləri:

- Standartlara uyğun, təhlükəsiz  və səmərəli şəkildə yoxlama, təmir,  dövri xidmət və quraşdırma işlərini  yetirir. Standartlara müvafiq yerli Şirkətin təsdiq etdiyi təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair təlimatlarını yerinə yetirir.
- Göstərilən xidmətlər idarəolunmanı, asqı sistemini, razval və nizamlama işlərini, sükan mexanizmini, istilik və soyutma sistemini, əyləc və xaricetmə sistemini və s. özündə cəmləşdirir.

- Əlavə işlər barədə Müştərinin xəbərdar edilməsi üçün Servis Məsləhətçisinə və ya Supervayzerə məlumat verməlidir.
- Xidmət və təmir işlərini təyinatına uyğun yüksək keyfiyyətlə yerinə yetirməli və görülmüş  işlərin keyfiyyətinin yoxlanılması məqsədilə və ya yol şəraitində sınağı üçün Servis üzrə Menecerə təhvil verməlidir.

TƏHSİL

•  Tam və ya natamam ali təhsil.
•  Hazırlıq kursları və ya avtomobil sahəsi üzrə treyninq və sertifikatlar.
•  Sürücülük vəsiqəsi.

TƏCRÜBƏ

Uyğun sahədə ən az 3 il iş təcrübəsi tələb olunur
Avto çilingərlik üzrə peşə təhsili olan şəxslərə üstünlük verilir.
Lazımi alətlərdən istifadə etmək bacarığı.

İŞ ŞƏRTLƏRİ:

İş qrafiki: 09:00-18:00
Şənbə günü - qısa gün,
İstirahət günləri: hər həftənin  bazar günləri

CV-nizi samir.ahmadov@israuto.com ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP