Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi
 
JOB TITLE: Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-25 LAST UPDATED: N/A DEADLINE: 2019-05-25

Vəzifənin adı: Aparıcı mütəxəssis, Satınalmalar şöbəsi

Vəzifə öhdəlikləri:

• Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində satınalmalar şöbəsinin müdirinə kömək edir;
• Proqnozlaşdırılan daxili və xarici  satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və satınalmalar şöbəsinin müdirinə təqdim edir;
• Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində satınalmalar şöbəsinin müdirinə köməklik edir;
• Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
• Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək aşağı səviyyəli xidmət göstərən təchizatçılarla bağlı tövsiyyələr verir;
• Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir;
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir.

Təhsil/Təcrübə

• Ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP