Şöbə müdiri, İşçilərin motivasiyası və qiymətləndirilməsi şöbəsi
 
JOB TITLE: Şöbə müdiri, İşçilərin motivasiyası və qiymətləndirilməsi şöbəsi
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-25 LAST UPDATED: N/A DEADLINE: 2019-05-25

Vəzifənin adı : Şöbə müdiri, İşçilərin motivasiyası və qiymətləndirilməsi şöbəsi, İnsan resursları departamenti

Vəzifə öhdəlikləri:

• STP MMC-nin strateji məqsədlərinə uyğun olaraq müavinət siyasətinin və əmək haqqı strukturunun təhlili, inkişafı, tətbiqi və dəstəklənməsi;
• Daxili dəyər və xarici bazar şərtlərinə əsasən əmək haqqı dərəcələrinin təhlili və qiymətləndirilməsi;
• Mükafat planı üzrə tələblərin qiymətləndirilməsi və müəssisənin strateji məqsədlərini nəzərə almaqla təklif olunan planların müəyyən edilməsi/seçilməsi;
• Mükafat planlarının həyata keçirilməsi və idarə olunması;
• STP MMC-nin ümumi mükafat/həvəsləndirici proqramının müəyyənləşdirilməsi üçün meyarların yaradılması;
• Departamentlər və ayrı-ayrı işçilər arasında mükafatları paylaşdırmaq üçün tədbirlərin yaradılması;
• Həvəsləndirici ödənişlərin müddətinin müəyyənləşdirilməsi;
• Fərdi nailiyyətlər ilə bağlı işçilərinin bütün kateqoriyalar üzrə inkişaf və mükafatlandırma sistemlərinin həyata keçirilməsi;
• Maddi və qeyri-maddi təzminat, həmçinin mükafatlarlar üzrə siyasət və prosedurların hazırlanması və inkişaf etdirilməsi;
• Kompensasiya və bonuslar sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflərin təqdim edilməsi;
• Qreyd sisteminin hazırlanması, tətbiq edilməsi;
• Maddi və qeyri-maddi motivasiya mexanizmlərini özündə əks etdirən motivasiya sisteminin təşkili və növlərinin inkişaf etdirilməsi;
• STP MMC-də daim komanda ruhunun saxlanılması, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılması;
• Müəssisə əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və onlar üçün motivasiya prosedurlarının təşkil edilməsi;
• Əmək haqqı və motivasiya prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlanması;
• Xidməti fəaliyyətin qiymətləndirilməsi və karyeranın idarə edilməsinin strateji məqsəd və hədəflərlə əlaqələndirilməsi;
• Fərdi və peşəkarlıq göstəricilərinin qiymətləndirilməsi;
• Fərdi inkişaf planlarının hazılranması və tətbiq edilməsi;
• Təsdiq olunmuş məvacib strukturuna işçilərin yerləşdirilməsi üçün qiymətləndirilmə meyarlarının müəyyənləşdirilməsi (Staff Assessment);
• Qiymətləndirmə nəticələrinə əsasən bütün heyətin məvacib strukturuna yerləşdirilməsi;
• Departament direkotru tərəfindən verilən digər tapşırıqların icrası;

Təhsil/Təcrübə

• Ali iqtisadi təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərini sərbəst istifadəçi səviyyəsində bilmək;
• Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilmək;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şöbə müdiri, İşçilərin motivasiyası və qiymətləndirilməsi şöbəsi’ yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP