Təcrübəçi mühəndis - operator
 
JOB TITLE: Təcrübəçi mühəndis - operator
EMPLOYER: Fire Safety Caspian Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-25 LAST UPDATED: N/A DEADLINE: 2019-05-25

Hörmətli məzunlar,

Fire Safety Caspian Azerbaijan” MMC yanğın əleyhinə avadanılıqların dolumu, təmiri bərpası və satışı üzrə ixtisaslaşan şirkət kimi 2018 - ci ilin may ayında öz fəaliyyətinə başlamışdır. “Fire Safety Caspian Azerbaijan” dünyaca məşhur brendlərdən olan “Naffco” nun Azərbaycanda rəsmi nümayəndəsidir.

“Fire Safety Caspian Azerbaijan“ MMC başladığı bu yola ölkəmizin bacarıqlı savadlı, zəhmətsevər gənc kadrları ilə davam etmək arzusundadır. Əgər Siz karyeranızı bizimlə başlamaq, şirkətimizin təqdim edəcəyi gələcək iş perspektivlərdən yararlanmaq istəyirsinizsə, bu təklif məhz Sizin üçündür!

Sizi, bizim şirkətdə zəngin iş təcrübəsi, daima təlimatlandıracaq peşəkar heyət, karyera imkanları, mehriban komanda üzvləri, sosial imtiyazlar, müxtəlif korporativ tədbirlər, qənaətbəxş əmək haqqı gözləyir.

Vakansiya : Təcrübəçi mühəndis - operator

Vəzifə öhdəlikləri:

 Yanğınəleyhinə avadanlıqların dolumu, təmiri, bərpası
 Balonların qəbulu, texniki vəziyyətinin yoxlama testindən keçirilməsi, onların saz vəziyyətə gətirilməsi və s.

Kimlərə üstünlük veriləcək:

 Ali təhsil müəsissəsini qaz təchizatı, mühəndis-kommunikasiya sistemləri, energetika elektrik- mühəndisliyi, avtomatlaşdırma, və s . sahə üzrə bitirmiş məzunlar;
 Hərbi mükələfiyyətli;
 Tam fiziki sağlam;
 İxtisası üzrə nəzəri biliklər;
 Rus dili əhəmiyyətli, ingilis dilinin olması arzuolunanıdır;

İş vaxtı :

8:00 dan 17:00 dək
Həftədə 5 iş günü
Şənbə və bazar istirahət günləridir.
Əmək haqqı: 350-400 AZN (başlanğıc)

Müraciətlərinizi hr@fsca.az ünvanına “Təcrübəçi mühəndis – operator” başlığı əlavə etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP