Filial müdiri
 
JOB TITLE: Filial müdiri
EMPLOYER: Kredit Evi MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-26 LAST UPDATED: N/A DEADLINE: 2019-05-26

“Kredit Evi” MMC – Filial müdiri

Kredit  Evi” MMC  yeni açılacaq olan Masallı, Şəmkir, Ağsu, İsmayıllı, Quba, Xaçmaz, Şabran, Şamaxı və Kürdəmir  filialları üçün “Filial Müdiri” vakansiyası elan edir.

Müdir üçün Tələblər :

• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

• Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
• Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   hr@kreditevi.az ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP