Əmək haqqı hesablanması üzrə mütəxəssis
 
JOB TITLE: Əmək haqqı hesablanması üzrə mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-26 LAST UPDATED: N/A DEADLINE: 2019-05-26

Əmək haqqı hesablanması üzrə mütəxəssis

Öhdəliklər:

• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət edilməsi;
• Məzuniyyət, xəstəlik və ya analıq vərəqələrinə əsasən müvafiq hesablamaların təşkil və nəzarət edilməsi;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
• Əmək haqqı sistemi vasitəsilə şirkət üçün əmək haqqının hazırlanmasını düzgün və vaxtında həyata keçirməsi;
• Əmək haqqına dair bütün hesablamalar aparmaq və hesabatlar tərtib edilməsi;
• Əmək haqqına dair bütün sorğu/sualları həll edilməsi;
• Əmək haqqının verilməsinə dair vasitələr, ən yaxşı təcrübələr və prosesləri təkmilləşdirilməsi;
• Azərbaycan Respublikasının qanunvericiliyinə və yerli tələblərə uyğun olaraq bütün dövlət orqanlarına müvafiq aidiyyatı aylıq, rüblük və illik olaraq hesabatların tərtib edilməsi;

Namizəddə tələblər:

• Ali təhsil;
• Rus dili və ingilis dili bacarıqları ən azı danışıq səviyyəsində;
• Ən azı 100 nəfərlik şirkətdə əmək haqqı hesablanması üzrə minimum 2 (iki) il iş təcrübəsi;
• Vergi məcəlləsi, Əmək məcəlləsi, DSMF haqqında qanun və aidiyyatı qanunvericiliklər haqqında mükəmməl biliklərə sahib olma;
• 1 C proqramı üzrə işləmə bacarığı;
• Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.

Əmək haqqı 1000 -1500 AZN gross namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini subject bölməsində “Əmək haqqı hesablanması üzrə mütəxəssis” qeyd etməklə xedice_salahli@mail.ru elektron ünvanına göndərə bilərlər. Ancaq uyğun namizədlər müsahibəyə dəvət ediləcəkdir

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP