Mal-material üzrə mühasib
 
JOB TITLE: Mal-material üzrə mühasib
EMPLOYER: Ulduz Şokolad Fabriki DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-29 LAST UPDATED: N/A DEADLINE: 2019-05-29

Ulduz Şokolad Fabriki

Vəzifə: Mal-material üzrə mühasib

Vəzifə öhdəlikləri:

- Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması,  uyğunsuzluq halları aşkar olunduqda onların aradan qaldırılmasının tələb və təmin edilməsi;
- Stoka daim nəzarət edib hərəkətdə olan və olmayan xammal və hazır məhsul haqqında hesabatın hazırlanması;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması və nəzarətin təmini;
- Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasının təmin edilməsi;
- Mal-materialların hərəkətinə dair məlumatların mühasibat proqramı (Mikro) bazasına əlavə edilməsi;
- İlkin sənədlərin qəbulu və onlara nəzarətin təmini, o cümlədən qaimə və aktların tərtib edilməsi;
- Anbar satışlarının uçotunun bazaya daxil edilməsi;
- Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlanılması və müvafiq hesablar planına işlənməsinin təmini;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması və mal-materialların faktiki maya dəyərinin hesablanması;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanması və təqdim edilməsi;
- Baş Mühasibin verdiyi tapşırıqların icra edilməsi.

Tələblər:

- Ali iqtisadi təhsil;
- Kommersiya müəssisələrində (xüsusilə istehsalat sektorunda) ən azı 3-5 il iş təcrübəsi;
- Mal-material və anbar uçotu üzrə biliklər.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

1. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
2. Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi CV.Ulduz@ulduz.com.az  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mal - material üzrə mühasib” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP