B2B üzrə satış meneceri
 
JOB TITLE: B2B üzrə satış meneceri
EMPLOYER: NewCond LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-29 LAST UPDATED: N/A DEADLINE: 2019-05-29

“Mitsubishi Electric” və “AUX” şirkətlərinin Azərbaycanda rəsmi distribyutoru " NewCond" şirkəti “B2B üzrə satış meneceri” vakansiyası elan edir.

Tələblər:

- Yaş həddi: 25-35;
- Bakalavr və ya magistr dərəcəsi (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Minimum 3-5 il iş təcrübəsi (Müvafiq sahədə iş təcrübəsinin olması üstünlük hesab olunacaq);
- Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır;
- Biznes sferada barəsində məlumatlı olmalı;
- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

İş barədə:

- B2B sferada yeni müştərilərlə danışıqların aparılması, görüşlərin keçirilməsi və yeni korporativ müştərilərin şirkətə cəlb olunması;
- Əməkdaşlıq üçün yeni müştərilərin cəlb olunması üzrə axtarışların aktiv şəkildə aparılması;
- Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan isitmə, soyutma, havalandırma sistemlərinin (HVAC systems) və xidmətlərinin satışının B2B sferada təşkil olunması;
- Bazarın araşdırılması, biznes inkişaf planının tərtib olunması və həyata keçirilməsi;
- Zənglərin, görüşlərinin təşkil olunması, işgüzar danışıqların və yazışmaların aparılması və müqavilələrinin bağlanması üzrə işlərinin aparılması;
- Gündəlik, aylıq, illik satış barədə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
- İşgüzar danışıqların aparılması və satışın həyata keçirilməsi;
- Müştərilərə təklif olunan texniki, maliyyə və ticari həll yollarının inkişaf etdirilməsi və bu istiqamət üzrə yeni təkliflərin verilməsi; 

- Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq və həyata keçiriləcək satışa uyğun olaraq bonuslar veriləcək.
- Əməkhaqqı: 700 AZN və  satışlardan bonuslar .

CV-lərinizi hr@newcond.az elektron ünvanına "B2B satışlar üzrə menecer" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP