Hüquq şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Hüquq şöbəsinin mütəxəssisi
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-29 LAST UPDATED: N/A DEADLINE: 2019-05-29

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Hüquq şöbəsi, mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Şöbə daxilində həmçinin Hüquq şöbəsi ilə digər şöbələr arasında kargüzarlığın aparılmasının təşkili və icrasını təmin etmək;
• Şöbə daxilində müxtəlif sadə sənədlərin, xidməti məruzələrin, ərizələrin, məktubların hazırlanmasını yerinə yetirmək;
• Elektron sənəd dövriyyəsi ilə işləmək;
• Cəmiyyətin Müşahidə Şurası və Ümumi Yığıncağına təqdim edilən sənədlərin icra statusu, habelə sənədlərdə mümkün dəyişikliklərlə bağlı irəli sürülən təkliflər barədə şöbə müdiri və şöbə müdiri müavinini məlumatlandırmaq;
• Cəmiyyət adından bağlanılmış müqavilələrin reyestrini aparmaq;
• Ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq, şöbə müdiri və şöbə müdiri müavininə təqdim etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Kargüzlıq işinin təşkilini yüksək səviyyədə bilməsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilləri bilən namizədlər arzuolunandır) ;
• MS office proqramlarını əla səviyyədə bilməsi;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• Problem həll etmə, planlaşdırma və təşkil etmə bacarıqları.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil.
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hüquq şöbəsinin mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP