Marketinq üzrə köməkçi
 
JOB TITLE: Marketinq üzrə köməkçi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-30 LAST UPDATED: N/A DEADLINE: 2019-05-30

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Marketinq üzrə köməkçi (Marketing Assistant)

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dilini bilməsi arzu olunandır;
• İnzibati sahədə təcrübəsi olmalı;
• Yüksək ünsiyyət qurma bacarığına, məntiqi və analitik düşüncəyə malik olmalı;
• Cəld, inkişafa meyilli və komandada işləmək bacarığı olmalıdır.

Əmək funksiyaları

• Tərəfdaşlarla və şirkət əməkdaşları ilə yazışmalar aparmaq
• Lazımi məlmatı online sistemə daxil etmək
• Sənədləşmənin düzgün şəkildə aparılmasını təmin etmək
• Marketinq sifarişlərini etmək
• Marketinqlə bağlı inzbat sahədə digər tapşırıqları yerinə yetrmək.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Marketinq sahəsində karyera qurmaq şansı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Marketinq üzrə köməkçi” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP