Korporativ Satış üzrə Mütəxəssis
 
JOB TITLE: Korporativ Satış üzrə Mütəxəssis
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-01 LAST UPDATED: N/A DEADLINE: 2019-05-31

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  vəwww.optimal.az linkinə tıklaya bilərsiniz.

2018-ci il dekabr ayında şirkət “Dəbdəbə” geyim mağazalarını, 16 yanvar 2019-cu il tarixindən etibarən Optimalın ən böyük filialı olan "Optimal Live Satış və Təcrübə Mərkəzi"ni müştərilərin istifadəsinə vermişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönündə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vəzifə: Korporativ Satış üzrə Mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Korporativ satış planının yerinə yetirilməsi;
• Korporativ müştəri bazasının genişləndirilməsi;                                 
• Korporativ müştərilərin yenilənmə prosesinin aparılması;                     
• Korporativ müştərilərlə görüşlərin keçirilməsi;
• Işgüzar danışıqların və müqavilələrin bağlanması üzrə işlərin aparılması;
• Satışın artırılması ilə bağlı aidiyyatı şöbə rəhbərinə təkliflərin verilməsi;
• Yeni əməkdaşlıqlar və layihələrə təşəbbüs göstərmək.

Namizədə dair tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• Azərbaycan, ingilis, rus dillərində   sərbəst bilməli;
• Korporativ satış sahəsində  təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Korporativ satış  sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.

İş şərtləri:

• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Korporativ Satış üzrə Mütəxəssis” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix:  20.06.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP