Korporativ Katib
 
JOB TITLE: Korporativ Katib
EMPLOYER: North West Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-02 LAST UPDATED: N/A DEADLINE: 2019-06-01

“North West Construction” MMC Azərbaycanın və regionun inşaat, sənaye və investisiya sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərindəndir. Şirkət müxtəlif təyinatlı bina, tikili, mexanik-elektrik sistemləri, fasad sistemləri, su-kanalizasiya və suvarma sistemləri, hidrotexniki quruğular, yol infrastrukturu eləcə də yeraltı və yerüstü nəqliyyat infrastrukturu həmçinin sənaye obyektlərinin inşaatı, quraşdırılması və mühəndisliyi sahəsində Azəbaycan və daha dörd ölkədə fəaliyyət göstərir. Şirkət və onun fəaliyyətləri haqqında daha geniş məlumatı korporativ saytdan əldə etmək olar: www.nwconstruction.com

Vəzifə: Korporativ Katib

Vəzifə Funksiyaları:

• Protokolların, məktubların, arayışların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi;
• Korporativ sənəd dövriyyəsinin uçotu, qeydiyyatı və elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
• Korporativ sənədlərinin vahid arxivinin, həmçinin onun  elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
• Məktubların, əmrlərin və rəhbərliyin göstərişlərinin qeydiyyatının aparılması və icralarına nəzarətin edilməsi;
• İş proseslərinin qeydiyyatının və koordinasiyasının aparılması və təşkili; 
• Korporativ sənədləşmə və sənəd dövriyyəsinə dair qabaqcıl standartların və effektiv proseslərin tətbiqinin təşkili;
• İşin mahiyyətindən irəli gələn rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Kvalifikasiya və Səriştələr:

• Ali təhsil (hüquq, filologiya, jurnalistika və ya social elmlər istiqamətində arzuolunandır);
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
• Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
• Yüksək kommunikasiya, təşkilatçılıq, təqdim etmə və yazılı ünsiyyət qurmaq bacarığı;
• Yüksək etik davranış və korporativ mədəniyyət keyfiyyətlərinə malik olmalıdır;
• Korporativ mühitə bələd olmalıdır;
• Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi; 
• Windows Office və Outlook proqramlarında işləmək bacarığı;
• İnternet resurslarını çalışdırmaq və effektiv axtarış aparmaq bacarığı;
• Məsuliyyətli, məhsuldar, ünsiyyətçil, nəzakətli, təmkinli, detallara diqqətli, yaradıcı və təşəbbüslü olmalıdır.

Müraciət müddəti: 15 may 2019-cu il, saat 18.00-dək

Müraciət qaydası

Maraqlı şəxs:

• Tərcümeyi-halını (CV-sini) cv@nwconstruction.comhr@nwconstruction.com elektron ünvanlarına göndərməlidir;
• Elektron məktubun mövzusunda “Koporativ Katib” sözlərini qeyd etməlidir;
• Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər.

Müraciətlərə baxılması qaydası:

 İşəgötürən:

• öz mülahizəsinə əsasən uyğun bildiyi və müəyyən edilmiş qaydada müraciət etmiş namizədi şifahi müsahibəyə dəvət edəcəkdir;
• uyğun gördükdə müvafiq namizədi təkrar müsahibəyə və/və ya sınağa dəvət edəcəkdir;
• uyğun gördüyü namizədi seçəcək və iş təklifini verəcəkdir. 

Əsas əmək şərtləri:  

• Seçilən namizəd ilə qanunvericiliyə uyğun olaraq sınaq müddəti ilə əmək müqaviləsi bağlanılacaqdır;
• Əmək haqqı qarşılıqlı razılaşma şəklində müəyyən olunacaqdır;
• İş vaxtı: Bazar ertəsi-Cümə günləri (5 gün), saat 09.00-dan-18.00-dək;
• İş yeri: Bakı ş., Azərbaycan.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP