Təlim və Maarifləndirmə Mərkəzinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Təlim və Maarifləndirmə Mərkəzinin aparıcı mütəxəssisi
EMPLOYER: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-03 LAST UPDATED: N/A DEADLINE: 2019-06-02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (iqtisadiyyat və hüquq);
• Yaxşı səviyyədə ingilis dili və rus dili bilikləri;
• Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları;
• Maliyyə institutları sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Palata əməkdaşlarının təlim ehtiyaclarını müəyyən etmək;
• Keçiriləcək təlimlərin mövzusunu və formasını müəyyən etmək;
• Təlimçilərin müəyyən edilməsini həyata keçirmək;
• Təsdiqlənmiş təlim planına əsasən təlimləri təşkil etmək;
• Təlimlərin qiymətləndirilməsini həyata keçirmək;
• Təlimlər üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər. Vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP