İnsan resursları və karyera inkişafı idarəsinin böyük mütəxəssisi
 
JOB TITLE: İnsan resursları və karyera inkişafı idarəsinin böyük mütəxəssisi
EMPLOYER: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-03 LAST UPDATED: 2019-05-03 DEADLINE: 2019-06-02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnsan resursları və karyera inkişafı idarəsinin böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (hüquqşünaslıq/iqtisadiyyat və idarəetmə);
• Yaxşı səviyyədə ingilis dili və rus dili bilikləri;
• Analoji sahə üzrə ən azı 4 il iş təcrübəsi;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları, operativlik, təşəbbüskarlıq.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi;
• İdarə daxili qaydaların hazırlanmasında iştirak edir;
• Kadr ehtiyatının formalaşmasında iştirak etmək;
• İşə qəbul olunan yeni işçilərə orientasiya proqramını tərtib etmək;
• Işçilərin əməyin ödənişi və stimullaşdırılması, motivasiyası və optimallaşdırılması üzrə təkliflər hazırlamaq,
• İşçilərin karyera planlamasını hazırlamaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP