Mühəndislik (layihəçi) üzrə Menecer (neft-qaz sənayesi)
 
JOB TITLE: Mühəndislik (layihəçi) üzrə Menecer (neft-qaz sənayesi)
EMPLOYER: NİPİ Neftegas DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-03 LAST UPDATED: N/A DEADLINE: 2019-06-02

Aşağıda qeyd edilmiş funksiyaları yerinə yetirmək üçün ən az 10 il layihəçi olaraq iş stajı olan Mühəndislik (layihəçi) üzrə Menecer (neft-qaz sənayesi) axtarılır:

• Təqdim edilən sifarişlərin, müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin mühəndis sistemləri  bölməsinin işlənib hazırlanmasında qərarlar qəbul edir və texniki rəhbərliyi həyata keçirir.
• Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir.
• Tikinti quraşdırma işlərinin həmçinin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir.
• Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlayır.
• Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir.
• Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımı texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcmini azaldılmasını təmin edir.
• Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihəyə buraxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir.
• Layihə olunmuş obyektlərin quraşdırılmasına nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatın, standartlara və tikintidə texniki şərtlərin uyğunluğuna nəzarət edir.
• Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir.
• Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın tərtib edilməsinə rəhbərlik edir.
• Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir. Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə rəy verir.
• Layihələrin mühəndis sistemləri bölmələrinin işlənib hazırlanmasında iştirak edən memar və layihəçi mühəndislərin işini planlaşdırır və əlaqələndirir.
• Layihəçi mühəndislərin və layihələrə təyin olunmuş Layihənin baş mühəndis(lər)in gördüyü işlərinə nəzarət edir və onların lahiyələndirmədə çətinlik çəkdiyi yerlərdə onlara kömək еdir.
• Mühəndislərin cızdığı layihələrin yoxlaması və təsdiqlənməsindən cаvabdеh sayılır.
• Sifarişçilərlə görüşlər keçirir, müqavilələrin hazırlanmasında iştirak edir.
• Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edir, müəllif nəzarətinin tətbiqini həyata keçirir.

İş yeri: Bakı şəhəri
İş rejimi: 08:30-17:30, həftədə 5 gün

CV-lərinizi e.musali@niping.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP