Marketinq departamentinin Direktoru
 
JOB TITLE: Marketinq departamentinin Direktoru
EMPLOYER: Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-03 LAST UPDATED: N/A DEADLINE: 2019-06-02

Holdinq daxilində Bank Marketinq departamentinin Direktoru  vəzifəsinə işə qəbul elan edir.

Marketinq departamentinin Direktoru 

İş barədə məlumat:

- Bankın  marketinq siyasətini və marketinq planını hazırlayır;
- Rəqabət bazarını, bankın mövcud məhsul və xidmətlərini, müştəri ehtiyaclarını daima təhlil edir və yeni məhsulların yaradılması barədə təkliflər hazırlayır;
- Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra yeni məhsullarınn yaradılmasını təşkil edir;
- Bankın məhsullarının təşviqatını təşkil edir;
- Bankın reklam və təşviqat üzrə siyasətini hazırlayır, reklam və təşviqat üzrə layihələrini idarə edir;
- Ona birbaşa hesabatlı olan işçilərin  hədəflərini müəyyən edir, onların fəaliyyətlərini qiymətləndirir;
- Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən  departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
- Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
- İdarə Heyətinin ona həvalə etdiyi digər vəzifələri  həyata keçirir

Namizədə tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3-5 illik iş  təcrübəsi;
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 May 2019-cu il tarixinədək hrcvhiring@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq departamentinin Direktoru ) göstərməyiniz xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP