Front Office Clerk (Seasonal Job)
 
JOB TITLE: Front Office Clerk (Seasonal Job)
EMPLOYER: Dalga Beach Aquapark DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-06 LAST UPDATED: 2019-05-08 DEADLINE: 2019-06-05

Vəzifə : Qəbul Qeydiyyat Nəzarətçisi
Şöbə : Qonaq qəbulu
Dərəcə : 6
Tabeçilik:  Şöbə rəhbəri / Menecer

İşin məzmunu 

Bu vəzifəni icra edən məsul şəxs DBM prosedur və standartlarına müvafiq olaraq nəzakət və gülərüzlüklə qonaqlarının qeydiyyata alınması və çıxarılmasında Qeydiyyatçıların işinə nəzarət üzrə məsuliyyət daşıyır. Həmin şəxsin qonaqlardan Aquapark üzrə ilk və son təəssüratlarının (rəylərin) yaranmasında önəmli rol oynadığı üçün o, hər bir zaman otelin pozitiv və peşəkar surətini əks etdirir

Əmək funksiyası

 VİP qonaqlar, qruplar, komandaların qeydiyyatının aparılması işləri də daxil olmaqla qonaqların gəlişi və müassisəni tərk etmələri üzrə gündəlik iş fəaliyyətini planlaşdırır və nəzarət edir.
 Villanı bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsində Satış şöbəsi ilə yaxından iştirak edir.
 Müassisənin işçi heyətinin iş fəaliyyətini təşkil edir və yoxlayır. Qonaqların tələblərini təmin etmək və xidmət standartlarına riayət etmək üçün bütün qeydiyyatların yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət edir.
 Əməkdaşlar arasında vəzifə bölgüsü aparmaq və icrasına nəzarət etmək. Habelə əməkdaşların nahar və çay fasiləsinə iş prosesinə xələl vurmayacağı şəkildə getmələrini tənzimləyir.
 Yeni işçilərin təlimatlandırılmasını və iş üzrə təlimlərin keçirilməsini həyata keçirir. İşçilərdə yüksək səviyyədə iş nümayiş etdirməsi üçün ruh yüksəkliyi yaradır.  İldə bir dəfə işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsində iştirak edir.
 Qonaqların hesab və xidmətlərlə baglı tələblərini və şikayətlərini nəzakətli və mədəni şəkildə hıllini təmin edir. Qonağın tələblərini yerinə yetirmək üçün işçi heyətinə müvafiq təlimatları verir və qonaqlardan qəbul olunan bütün şikayətlərin qeydiyyatını aparır.
 İşlərin çox olduğu zaman qeydiyyat üzrə işçi heyətinə qonaqların qeydiyyatın aparılması, qonaqların qeydiyyatdan çıxarılması və qonaqların tələblərinin yerinə yetirilməsi işlərində kömək edir.
 Müxtəlif bölmələrlə qonaqların tələbləri kimi ətraflı məlumatlar üzrə digər şöbələrlə əlaqə saxlayır və qonaqların xüsusi tələblərinin müvafiq qaydada təmin edilməsinə nəzarət edir.
 Müassisənin məhsul və göstərdiyi xidmətləri ilə yanaşı müassisənin qonaqlarını maraqlandıra biləcək turist və işgüzar səyahətlər haqqında məlumatlara da eyni səviyyədə malikdir.
 Ərazidəki günəş yataqlarının və qarderobların vəziyyəti haqqında qonaqlarla əlaqə şöbəsi işçilərindən və xidmətçilərdən məlumat alıb resepşnda qonaqlara və inzibatçılara mütəmadi məlumat vermək,.
 Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini icra etmək
 Növbənin sonunda iş fəaliyyətinin effektivliyini təmin etmək üçün qonaqların şikayətləri, qeyri-adi situasiyalar və hadisələr haqqında hesabat təqdim edir.
 Qonaq qəbulu üzrə nəzarətçi bu Vəzifə Təlimatına müvafiq üzərinə düşən vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
 Qonaq qəbulu üzrə nəzarətçi təqsiri üzündən Şirkətə vurulan maddi və  mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkətə qarşısında məsuliyyət daşıyır.
 Qəbul qeydiyyat söbəsinin iş sahəsinin təmizliyini təmin edilməsinə nəzarət edir.
 Lazımi gəldikdə Aquaparkin digər şöbələrinə yardım edərək və onlarla əməkdaşlıq edərək kollektiv işə hazır olduğunu nümayiş etdirir.
 Şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
 Bütün potensial və həqiqi zədələrin müəyyən edilməsi və dərhal aradan qaldırılmasını təmin etmək
 Aquaparkın işçi heyəti üçün müəyyən edilmiş qanunları və təlimatları bilmək və onlara ciddi şəkildə riayət etmək
 Rəhbərlik tərəfindən ona həvalə edilən digər vəzifələri yerinə yetirmək

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

 TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
 Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək və şöbə əməkdaşlarının riayət etdiklərinə əmin olmaq.
 Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
 Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və söbə müdirinə potensial təhlükələr haqqında məlumat vermək.

Digər öhdəliklər:

 Özünün və söbə əməkdaşlarının vaxtında işdə olmasını və gecikməyə yol verməmələrini tömin etmək.
 Hər zaman özünün və şöbə əməkdaşlarının müvafiq uniformanın geyilməsi və adlığın taxılması kimi öhdəlikləri yerinə yetirildiyinə əmin olmaq.
 Özünün və şöbə əməkdaşlarının xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət edildiyinə nəzarət etmək.
 Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
 Növbələrin effektli dəyişməsinin təmin edilməsinə və növbəni vaxtında qəbul etməsinə nəzarət etmək.
 Aquaparkın müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlarin söbə üzvüləri tərəfindən əməl edilməsinə ciddi nəzarət etmək.
 Ölkənin qanunvericiliyinə riayət etmək.
 Aquaparkın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
 Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
 Qəbul şöbəsinə aid olan əşyaların, inventarın, avadanlıqların ,tekstil və mebel dəstlərinin saxlanması üçün məsuliyyət daşıyır
 Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
 Söbə Müdiri tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
 Aquaparkın Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

E - mail : dbm.hr@pmdhospitality.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP