Front Office Supervisor (Seasonal Job)
 
JOB TITLE: Front Office Supervisor (Seasonal Job)
EMPLOYER: Dalga Beach Aquapark DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-06 LAST UPDATED: 2019-05-08 DEADLINE: 2019-06-05

Vəzifə : Qeydiyyatçı

Şöbə : Qonaq qəbulu
Dərəcə 6
Tabeçilik:  Şöbə Nəzarətçisi və Rəhbəri / Supervisor & Menecer

İşin məzmunu 

Bu vəzifəni icra edən məsul şəxs DBM prosedur və standartlarına müvafiq olaraq nəzakət və gülərüzlüklə qonaqlarının qeydiyyata alınması və çıxarılmasına məsuliyyət daşıyır. Həmin şəxsin qonaqlardan Aquapark üzrə ilk və son təəssüratlarının (rəylərin) yaranmasında önəmli rol oynadığı üçün o, hər bir zaman otelin pozitiv və peşəkar surətini əks etdirir

Əmək funksiyası

 “Dalga Beach Aquapark”nın qayda, prosedur və standartlarına müvafiq olaraq gülərüz və nəzakətlə Aquaparka gələn qonaqları qeydiyyata alır, onlara istədikləri golbagları təqdim edir, Turniket və Paltar dəyişmə və VİP otaqlarında qonaqlara yardım edir və Aquaparkı tərk edən qonaqları qeydiyyatdan çıxarır.
 Telefon zənglərini qəbul etmək və mesajları ötürmək.
 Mümkün olduğu hallarda qonaqların xüsusi tələblərini həyata keçirir. Ehtiyac olarsa qonaqlara qeydiyyat kartının doldurulmasına kömək edir. Qolbagların satılması və Aquaparkda göstərilən xidmətləri reklam etmək üçün yüksək satış metodlarından istifadə edir. Qonaqların ödəniş etmə metodlarına və kredit-çek proseduralarına və ya nağd pulun xəzinədara təhvil verilməsinə nəzarət edir.
 Nəzarət vasitəsi ilə qonaqların Aquaparkın tərk etməsi prosesini idarə edir. Qonaqların Aquaparkın üçün etdiyi ödənişi qəbul edir. Qonaqların hesablarını müəyyən edir və onlara qayimənin bir nüsxəsini təqdim edir.
 Proseduralara müvafiq olaraq qonaqlara hesabı təqdim etmək, ödənişləri qəbul etmək və xarici valyutanın dəyişdirilməsi daxil olmaqla (Aquapark proseduruna müvafiq olaraq) administrativ idarənin nağd köçürmələrinə nəzarət edir. Növbənin sonunda toplanmış nağd pulu yoxlayır.
 Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir. Müvafiq məsələlər üzrə lazımi tədbirlər həyata keçirir və ya onların həyata keçirilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verir.
 Təmizlik şöbəsinən otaqların vəziyyətini müəyyən edir.
 Aquaparkın gündəlik iş fəaliyyəti və qonaqların qarşılanması daxil olmaqla bütün xidmətlər haqqında məlumatlı olur.
 Villanı bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahibdir.
 Öz iş sahəsinin təmizliyini təmin edir.
 Lazımi gəldikdə iş yoldaşlarına yardım edərək və onlarla əməkdaşlıq edərək kollektiv işə hazır olduğunu nümayiş etdirir.
 Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
 Bütün potensial və həqiqi zədələrin müəyyən edilməsi və dərhal aradan qaldırılmasını təmin etmək
 Aquaparkın işçi heyəti üçün müəyyən edilmiş qanunları və təlimatları bilmək və onlara ciddi şəkildə riayət etmək
 Qonaq qəbulu qeydiyyatçısı təqsiri üzündən Şirkətə vurulan maddi və  mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Şirkətə qarşısında məsuliyyət daşıyır.
 Önbüro Müdiri və Nəzarətçisi tərəfindən ona həvalə edilən digər vəzifələri yerinə yetirmək

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

 TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
 Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
 Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
 Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər öhdəliklər:

 Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
 Hər zaman müvafiq uniformanın geyilməsi və adlığın taxılması kimi öhdəlikləri yerinə yetirmək.
 Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
 Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
 Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
 Aquaparkın müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
 Ölkənin qanunvericiliyinə riayət etmək.
 Aquaparkın ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
 Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
 Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
 Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
 Aquaparkın Dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.

E - mail : dbm.hr@pmdhospitality.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP