Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə)
 
JOB TITLE: Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə)
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-06 LAST UPDATED: N/A DEADLINE: 2019-06-05

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Proses təkmilləşdirmə mütəxəssisi (Logistika sahəsi üzrə)

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: min. 2 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 24-35

İşin Təsviri:

Şirkətdə aparılan logistik prosesləri təhlil etmək, proseslərin  optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək  və rəhbərə gərəkli hesabatları təqdim etmək.

Vəzifə öhdəlikləri:

- Şirkətdə aparılan logistik proseslərin optimallaşdırılmasına yönəlmiş təkliflər irəli sürmək ;
- Xərclər smetasını gözləmək və işin effektivliyinin yüksəldilməsinə yönəlmiş yeni sistemləri hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək;
- Prosedurların yazılması və tətbiqini həyata keçirmək;
- Proseslərdə aşkar olunan uyğunsuzluqları həll etmək;   
- Proseslərlə bağlı yaranma ehtimalı olan və yaranan  risklərin qeydiyyatının aparmaq;
- Proseslərlə bağlı məlumatları təhlil etmək.

Tələblər:

- Analitik düşünmə bacarığı;
- Kreativlik və təşəbbüskarlıq;
- MS Office proqramları biliyi;
- Distribusiya sahəsində iş təcrübəsinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Proses təkmilləşdirmə mütəxəssisi ” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP