Texniki Servis Mərkəzinin Mühəndisi
 
JOB TITLE: Texniki Servis Mərkəzinin Mühəndisi
EMPLOYER: Altair Technologies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-06 LAST UPDATED: N/A DEADLINE: 2019-06-05

Texniki Servis Mərkəzinin Mühəndisi

Altair barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://www.altair.az/ və ya https://www.facebook.com/altair.technologies/ ; https://www.facebook.com/AltairBusiness/

Vəzifiə Öhdəlikləri

• Şirkətinin satış etdiyi avadanlığın texniki imkanlarını və servis tələblərini ideal şəkildə bilmək.
• Yeni satılan avadanlığın müştərinin təyin etdiyi sahədə quraşdırıb təhvil vermək.
• Anbara daxil olan yeni avadanlığın kondisiyaları yoxlayıb satışa ilkin olaraq hazırlamaq.
• Satışdan sonra telefonla, bir başa quraşdırma yerində, satıldıqdan sonra da şirkətin tələblərinə uyğun olaraq istifadəyə dair məsləhət vermək, nasazlıqları aradan qaldırmaq.
• Ehtiyyat hissə stokuna nəzarət etmək və tələb olunan ehtiyyat hissələrinin daima lazımi sayda olmasını təmin etmək.
• Sərfiyyat materiallarının stokuna nəzarət etmək və tələb olunan ehtiyyat hissələrinin daima lazımi sayda olmasını təmin etmək.
• Təmsilçisi olduğumuz markalarının avadanlığının texniki təlimatlarını tam olaraq oxumaq, mənimsəmək, texniki praktiki işə teoretik
• olaraq tam hazır olmaq.
• Rəhbərin təlimatlarına müvafiq olaraq xarici və yerli treyninq, texniki konfrans, sərgilərdə iştirak etmək.
• Rəqiblərin analoji maşınlarını araşdırmaq və rəhbərliyin təlimatlarına əsasən texniki müqaisəvi məlumatları hazırlamaq.
• Elektronika sahəsində bilikləri genişlətmək və yeniliklər barədə daima məlumatlı olmaq.
• Tələb olunan zaman xarici səfərlər etmək imkanı olmalıdır.
• İnternet vasitəsilə məlumat araşdırmaq və rəhbərlik+satış əməkdaşları ilə paylaşmaq.
• Hazırda aidiyyəti istehsalçılar: Ricoh, Oki, Dell, Kisan Korea, Lidix Korea etc

Tələblər:

• Elektronikanın iş prinsiplərini ideal olaraq bilmək.
• Elektronikanın testi, sazlanması, yoxlanması üçün tələb olunan bütün avadanlıq çeşidi ilə işləməyi bacarmaq.
• Yaş həddi ‐ 28 ‐ 45 arası.
• İş təcrübəsi:3 ildən az olmayaraq.
• Üstünlük aidiyyəti sahədə iş təcrübəsi olanlara veriləcək.
• Təhsil: Ali, texniki.
• Dil bilikləri: Azərbaycan (sərbəst), Rus (sərbəst), İngilis və digər dillər üstünlük hesab olunur.

Xüsusi bacarıqlar:

• Yenilikçi olmaq.
• Ünsiyyətcil və komanda ruhuna uyğun olmaq.
• Sürətli qərar qəbul etmə və təzyiq altında işləməyi bacarmaq.
• Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır.
• Səbrli olmaq.

Subject: " TSM Mühəndis"
E-mail: hr@altair.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP