Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Kapital Invest MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-06 LAST UPDATED: N/A DEADLINE: 2019-06-05

Vəzifə:  Mühasib
Şirkət: Kapital Invest MMC
Ünvan: M.A. Əliyev ev 210, Nəsimi rayon, Bakı, Azərbaycan
Web: www.winterparkplaza.az 

Tələblər:

- Ali təhsil;
- Minimum 3 il mühasiblik təcrübəsi olmalı.
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
- Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan. Rus və İngilis dillərini bilməli;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması

Vəzifələr:

- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Ödənişləri nəzarətdə saxlamaq
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi.

- 6 günlük iş rejimi, 6-cı gün qısa iş günü

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Mühasib”  qeyd edərək öz CV-lərinizi hr@winterparkhotel.net  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP