Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-07 LAST UPDATED: N/A DEADLINE: 2019-06-06

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir

Vəzifə: Mühasib

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 2 il
Təhsil: Ali iqtisadi təhsil (magistr təhsili üstünlükdür)

Vəzifə öhdəlikləri:

- Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlər, mallar, maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, tədarükçülərin hesabı və göstərilən xidmətlər) yerinə yetirmək;
- Əmək haqqları yoxlanması, sistem icrası və ödəmələri;
- Transfer, ləğv etmə, alış, qaytarma əməliyyatlarının icrası;
- Kassa sənədlərinin kontrolu və sistemə işlənilməsi;
- Müştərək Şirkətlərlə üzləşmələrin aparılması;
- Təhtəlhesab şəxslərlə hesablaşmalar və onların uçotu.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Mühasibat uçotu sahəsində iş təcrübəsi;
- Microsoft Office (Excel) yaxşı səviyyədə bilmək;
- Logo proqram biliyi arzu olunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP