Təlim Meneceri
 
JOB TITLE: Təlim Meneceri
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-07 LAST UPDATED: N/A DEADLINE: 2019-06-06

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson “Təlim Meneceri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri

- Şirkətin daxili təlim sisteminin qurulmasında iştirak və idarəedilməsi;
- Təlim prosedurlarının və təqdimatlarının hazırlanması;
- Yeni əməkdaşlara orientasiyanın verilməsi;
- Əməkdaşları  daxili  inkişaf təlimləri ilə təmin etməsi;
- Təlimin təmini üçün lazımi təşkilati işlərin yerinə yetirilməsi, xarici təlim mərkəzləri ilə işin koordinasiyası;
- Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;

Əsas tələblər:  

- Ali təhsil  (humanitar/iqtisadi)
- Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi;
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- MS Office proqramları.

Əmək haqqı:  razılaşma yolu ilə.

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təlim Meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi:  31 May 2019 cu il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP