Core Application Support Specialist
 
JOB TITLE: Core Application Support Specialist
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-08 LAST UPDATED: N/A DEADLINE: 2019-06-07

Core Application Support Specialist

Vəzifənin məqsədi

Texniki çətinlikləri aradan qaldırmaq və komandanın tapşırığı yerinə yetirməsi üçün doğru məlumatlandırılmasını və təchiz olunmasını təmin etmək.

Vəzifə Öhdəliyi

• Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı texniki dəstək göstərmək
• Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək
• Vendorlarla birgə işin aparılmaq (Oracle Support)
• Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək.
• OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək. (Linux/Windows idarəsi).
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. • -

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Bank sahəsində minimum 2 il iş təcrübəsi;
• Bank əməliyyatlarını bilmək, o cümlədən, depozit, kredit, kassa və s.
• Xarici dil: İngilis dili (yaxşı), Rus dili (yaxşı);
• Kompüter bilikləri: Oracle DB and PL/SQL, Linux, Flexcube Banking System, MS Office proqramları;
• Komandada daxilində çoxlu tapşırıqlarla işləyə bilmək.
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Məsuliyyətlilik;
• Operativlik;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Core Application Support Specialist” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP