Həkim-terapevt
 
JOB TITLE: Həkim-terapevt
EMPLOYER: Premium Medical Assistance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-08 LAST UPDATED: N/A DEADLINE: 2019-06-07

PREMİUM MEDİCAL ASSİSTANCE MMC

Həkim-terapevt 

Vəzifə funksiyaları

• Həkim- terapevtt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir,
• Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir,
• Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır,
• Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir,
• Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir,
• Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir,
• Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir,
• Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir,
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır,
• Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir,
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.,
• Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

Tələblər

• Ali təhsil (müalicə işi üzrə),
• Müvafiq vəzifə üzrə 5 il iş təcrübəsi
• Rus dili sərbəst, ingilis dili arzuolunandır

Bilməlidir:

  Xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını,
  Öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını,
  Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını,
  Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını,
  Dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
  Tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını,
  Həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını,
  İnsan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını,
  Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını,
  Sanitar-maarifləndirmənin əsaslarını,
  Daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.

E - mail :  cv@premium-assist.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP