Ofis meneceri
 
JOB TITLE: Ofis meneceri
EMPLOYER: AEM Elektron DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-08 LAST UPDATED: N/A DEADLINE: 2019-06-07

AEM Elektron mağazalar şəbəkəsi əsasən videomüşahidə sistemlərinin, şəbəkə və təhlükəsizlik avadanlıqlarının, kompüter aksessuarlarınln və digər IT məhsulların topdan və pərakəndə satışı ilə məşğul olur və bu sahədə yerli bazarda aparıcı şirkətlərdən biridir.

Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin daim yüksəldilməsi üçün əməkdaşlarımızın peşəkarlıq və işgüzarlıq səviyyəsinin artırılması istiqamətində tərəfimizdən məqsədyönlü və planlı iş aparılır.

Qapılarımız peşəkar, məsuliyyətli və öz üzərində durmadan çalışan mütəxəssislərin üzünə açıqdır.

Vəzifə:   Ofis meneceri

Vəzifə öhdəlikləri:

- Daxil olan telefon zənglərinin, elektron məktubların və sorğulaın vaxtında cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Ofis daxili sənədləşmə işlərinin aparılması (qaimə-faktura, müqavilə və s. sənədlərin hazırlanması)
- Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

Tələblər:

- Cinsi: xanım;
- Dil bilikləri : Azərbaycan , rus dili arzuolunandır;
- Səliqəli, punktual;
- Ünsiyyətcil olmalı;
- İşində məsuliyyətli və dəqiq olmalı;
- Komandada işləməyi bacarmalı.

İş şəraiti:

- İş saatları - 09:00-dan 19:00-dək, Istirahət günləri - həftə içi 1 gün;
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini hr@aem-elektron.az elektron poçt ünvanına göndərə bilərlər.
"Subject" qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP