Logistika Və Təchizat üzrə mütəxəssis
 
JOB TITLE: Logistika Və Təchizat üzrə mütəxəssis
EMPLOYER: Atlaskorp MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-10 LAST UPDATED: N/A DEADLINE: 2019-06-09

Vəzifə: Logistika Və Təchizat üzrə mütəxəssis

1. İş yeri: “Atlaskorp” MMC
2. İş qrafiki: 5 gün, 09:00-dan 18:00-dək
3. İstirahət günləri: şənbə-bazar günləri
4. İşçi ARƏM uyğun olararaq işə qəbul olunacaq

Əsas Öhdəliklər:

- gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması
- təchizatın Logistik məsələlərinin idarə edilməsi üzrə cavabdeh olmaq;
- Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması
- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək
- Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək
- Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi
- Hazır avadanlıqların vaxtında yüklənməsi və sənədləşməsinə nəzarət
- Sifarişin statusu haqqında məlumatın mütəmadi yenilənməsi
- İncoterms 2000 və 2010 şərtlərini bilməli

Şirkətin Fəaliyyət göstərdiyi layihələri izləmək, daxil olan sifarişlərin təmin olunması istiqamətində potensial malgöndərənlərlə iş aparmaq, şirkətin struktur bölmələrindən daxil olan material resurslarına olan təlabatı üzrə sifarişlərin yerinə yetirilməsi işlərini həyata keçirilməsi.Malgöndərənlərlə əlaqələr yaratmaq onların keyfiyyətli malgöndərilməsinə təminatı araşdırmaq və onların qiymətləndirilməsi üçün məlumat toplamaq ,sorğular və danışıqlar aparması.Mal-material sifarişlərinin qeydiyyatını aparılması və identifikasiyası.Təchizatçı təşkilatlarla əlaqələrin yaradılması,təchizatın keyfiyyətinin təminatını araşdırılması və onların qiymətləndirilməsi üçün məlumatların toplanılması. Şöbələrdən gəbul olunan təchizat sifarişlərinin təhlili.Tələblərə uyğun yerli bazardan materiallar və.s. üzrə alış sifarişlərini həyata keçirilməsi.Satınalma üzrə lazımı sənədlərin dəstləşdirilərək mühasibatlığa təhvil verilməsi.Təchizat müqavilələrinin hazırlanması ,razılaşdırılması və bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təchizatın vaxtında aparılmasının izlənməsini təmin edilməsi.Şirkətin ünvanına gələn yüklərin Gömrük bəyannaməsini hazırlanması.Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi.Müqavilə tələblərinə uyğun olaraq yüklərin bir başa sifarişçiyə və ya anbara çatdırılması üçün işlərin həyata keçirilməsi.Təchizatla bağlı sənədlərin sifarişçiyə çatdırılmasının həyata keçirilməsi. Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

Namizədə tələblər:

• Ali təhsil , yaş həddi 20-40 arası
• Azərbaycan, İngilis, Rus dillərini bilən və danışan.
• Kompüter biliyi: MS Office , MS Excel proqramlarında sərbəst işləmək
• Oxşar sahədə  azı 1-3 ilə  qədər iş təcrübəsi
• Məsuliyyət və dəqiqlik
• Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
• Planlaşdırma və təşkilat
• İŞ komandasında işləmək qabiliyyətli

Müraciət qaydası:

Müraciət üçün CV-i hr@atlas.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əmək haqqı : müsahibə əsasında danışılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP