Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (interyer işləri üzrə)
 
JOB TITLE: Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (interyer işləri üzrə)
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-13 LAST UPDATED: N/A DEADLINE: 2019-06-12

Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (interyer işləri üzrə)

Vəzifə öhdəlikləri:

- Layihənin spesifikasiyasını, təsvirlərini, metodikasını və Keyfiyyətə nəzarət planlarını, prosedurlarını nəzərdən keçirmək. İstifadə olunacaq bütün növ materialların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və Sifarişçi tərəfindən təsdiqlənməsi;
- Alçipan və şüşə arakəsmə, döşəmə, tavan, boya işləri, qapılar, divar və sütunların müxtəlif materiallarla üzlənməsi, mərmər işləri və s bütün növ tamamlama işlərinin aparılmasına nəzarət etmək, layihənin müəyyən edilmiş tələblərə, standartlara uyğunluğunu yoxlamaq və bu barədə hesabat təqdim etmək;
- Materialların təftiş olunması, uyğunluğunun yoxlanılması, hesabatların və sənədlərin yoxlanılması və tələb olunan keyfiyyət göstəricilərininə uyğun müvafiq qeydlər etməklə yoxlama vərəqələrinin hazırlanması, qəbul və ya inkar olunması barədə müvafiq qeydlərin aparılması.
- Məsuliyyət sahəsi daxilində layihə sənədlərinə uyğun olaraq yerinə yetirilmiş işlərin qəbulunun həyata keçirilməsini təmin etmək və keyfiyyətə nəzarət işləri tamamlandıqda onları qəbul edib, sonrakı işin başlanılmasına icazə vermək;
- Yoxlama zamanı aşkar olunmuş uyğunsuzluq və ya hadisə hesabatlarını sistemli qaydada qeyd etmək və müvafiq düzəldici tədbirlərin görülməsi üçün NCR tərtib edib və cavabdeh tərəfə göndərmək, düzəldici - önləyici tədbirlər barədə hesabatın vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Testlərin, nəzarətin və yoxlamaların aparılmasında birbaşa iştirak etmək, test proseduralarına uyğun aprılmasını tələb etmək və İcraçının bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- Keyfiyyətə təsir edən məsələləri yerində həll etmək, yox əgər işin keyfiyyətinə son dərəcəcə ağır təsir edəcək çatışmamazlıqlar aşkarlanarsa, bunun üçün zəruri hallarda hətta işi dayandırmaq;
- Layihənin son reviziyalarını icraçıların və müştərinin razılığına təqdim olunmasını təmin etmək;
- Tikinti sahəsində interyer, tamamlama və bəzək işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
- Tikinti sahəsində görülən işlərlə bağlı müştəri və podratçı ilə mütəmadi əlaqə yaratmaq;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün bölmələrin məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanmasını öyrənmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Namizədə olan tələblər:

- İnşaat sahəsində Ali təhsil
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (İnteryer işləri üzrə) ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS office AutoCAD proqramlarını əla səviyyədə bilməli;
- Azərbaycan və rus əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Yüksək səviyyədə texniki biliklərinin olması;
- İşgüzar ünsiyyət bacarığı;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-50
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (interyer işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP