Azərbaycan və rus dilləri üzrə tərcüməçi
 
JOB TITLE: Azərbaycan və rus dilləri üzrə tərcüməçi
EMPLOYER: Dərs Evi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-13 LAST UPDATED: N/A DEADLINE: 2019-06-12

Vəzifənin adı: Azərbaycan və rus dilləri üzrə tərcüməçi 

Dərs Evi Tədris Mərkəzi özünə və peşəkarlıq qabiliyyətinə güvənən, beynəlxalq iş mühitində işləmək və davamlı inkişaf etmək istəyən namizədlər axtarışındadır.

İş qrafiki : Həftədə 5 gün (40 saat), istirahət günləri – şənbə və bazar
İş yeri: Bakı, Azərbaycan, Hüseyn Cavid prospekti, Mirvari Park yaşayış kompleksi

Tələblərimiz:

• Ali təhsil; Müvafiq ixtisas üzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir;
• Müvafiq vəzifədə ən az 3 il iş təcrübəsi;
• MS Office mükəmməl bilmə. Tərcümə proqramları ilə işləyə bilmək arzuolunandır;
• Azərbaycan və rus dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları; ingilis dili arzuolunandır;
• Komandada işləmə və güclü kommunikasiya bacarıqları;

Əsas öhdəliklər:

• Müxtəlif materialları orijinal mətndəki məqsədin və ifadənin qorunub saxlanmasına diqqət yetirməklə xarici dillərdən Azərbaycan dilinə və əksinə tərcümə edilməsi; 
• Tərcümə edilmiş materiallara düzəliş edilməsi, standartlara uyğunlaşdırılması, korreksiya edilməsi, yoxlanılması və yekunlaşdırılması; 
• Müəyyən edilmiş standartlara uyğun olaraq tərcümə edilən materialları aydınlığına, ifadəliliyinə, üslubuna, dil normalarına və terminologiyasına dair yoxlanıb  yekunlaşdırılması; 
• Tərcümə edilmiş materialların sistemləşdirilmiş arxivinin aparılması.

Əlaqə üçün məlumat:

 Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə rezümelərini talent@dersevi.az elektron ünvanına göndərə bilərlər. Rezümeni təqdim etmək üçün son tarix – 20 may 2019-cu il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP