SƏTƏM Mühəndisi
 
JOB TITLE: SƏTƏM Mühəndisi
EMPLOYER: Azərşəkər LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-14 LAST UPDATED: N/A DEADLINE: 2019-06-13


  
  
SƏTƏM Mühəndisi

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis aşağıdakıları bilməlidir:

- Azərbaycan Respublikasında qüvvədə olan əmək qanunvericiliyi, fəaliyyəti ilə bağlı qanunlar;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə normativ və texniki materiallar;
- İstehsalatda bədbəxt hadisələrin analizi qaydaları və həmin hadisələrin qarşısının alınması üçün tədbirlər planının hazırlanma qaydaları;
- İstehsalatda ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün tədbirlərin hazırlanması qaydaları;
- İş yerlərində giriş və əməyin mühafizəsi üçün tələb olunan digər təlimatların keçirilməsi qaydaları;
- Kənd təsərrüfatı maşın-mexanizmlərinin təhlükəsiz istismar qaydaları;
- Qaynaq və digər quraşdırma işlərinin təhlükəsiz yerinə yetirmə qaydaları;
- İşçilərin, qulluqçuların, mühəndislərin biliklərinin illik yoxlanması qaydaları;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və onlardan istifadə qaydaları;
- Qazanların, qaz xətlərinin, elektrik xətlərinin və digər enerji daşıyıcıları sistemlərinin təhlükəsiz istismar qaydaları;
- Yanğından mühafizə qaydaları və yanğından mühafizə tədbirlərinin hazırlanma qaydaları;
- Təsərrüfatlarda ekoloji pasportların və sudan istifadə pasportlarının hazırlanma qaydaları.

Digər tələblər:

• Ali təhsil;
• Əməyin mühafizəsi sahəsində 3 ildən çox iş təcrübəsi;
• Texniki Rus və İngilis dilləri üzrə biliklər;
• Məsuliyyətlilik və komandada işləmək bacarığı;

İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
İş yeri: Z.Əliyeva küç 93, BEGOC Biznes Mərkəzi

Maraqlanan şəxslər öz CV formalarını hr@azsf.az elektron poçt ünvanına başlıq yerində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP