Anbardar ( Goranboy )
 
JOB TITLE: Anbardar ( Goranboy )
EMPLOYER: Region Agro MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-14 LAST UPDATED: 2019-05-14 DEADLINE: 2019-06-13

Vəzifə: Anbardar

İş yeri: Goranboy rayonu, Dəliməmmədli şəhəri.

İş təcrübəsi: 1 il
Təhsil: Ali İqtisadi təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Müəssisədə fəaliyyət göstərən anbarlarda mədaxil, məxaric işlərinin icrası ve anbara nəzarət

Vəzifə öhdəlikləri:

- Yeni alınmış malların qaimə-faktura əsasında yoxlayaraq anbara qəbul etmək;
- Yoxlanılmış qaimə-fakturaları sistemə daxil edilməsi üçün anbardara təqdim etmək;
- Mallar yoxlanılıb qəbul edildikdən sonra müvafiq anbar rəflərinə yığılması işlərini təşkil etmək;
- Anbarda yüklərin qəbulu, yerləşdirilməsi və buraxılması işlərini təşkil edən zaman anbar sahələrindən səmərəli istifadə edilməsi, səliqəli saxlanması, materialların axtarılmasının asanlaşdırılması, tezləşdirilməsi amillərini nəzərə almaq;
- Yüklərin anbara qəbulu zamanı faktiki miqdarını, qablaşdırılmanın vəziyyətini və sənədlərlə uyğunluğunu yoxlamaq, kənarlaşmalar olduqda anbardara və təchizatçıya (tədarükçüyə) məlumat vermək;
- Yükləri yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra anbara qəbul etmək;
- Sahələrdə istifadə edilməyən avadanlıqları anbara qəbul etmək, qeydiyyatını aparmaq.
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
- Anbarda əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiyanın qorunması  və yanğından mühafizə qaydalarına nəzarət etmək.
- Anbardakı avadanlıq, ehtiyyat hissələri, inşaat materiallarının üzərinə lazımi tanıdıcı məlumat və kodları qeyd etmək
- Sahələrin ehtiyacına uyğun sifariş  yaratmaq, ehtiyyat miqdarına nəzarət etmək, anbara qəbul etmək, sahələrin ehtiyacını qarşılamaq.

Tələblər:

- MS Excel proqram biliyi;
- 1 C  proqram bilikləri üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə

E - mail : office@regionagro.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP