Hüquqşüns köməkçisi
 
JOB TITLE: Hüquqşüns köməkçisi
EMPLOYER: ENSİS Hüquq Şirkəti DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-14 LAST UPDATED: 2019-05-14 DEADLINE: 2019-06-13

”ENSİS" Hüquq Şirkəti Azərbaycanda və xaricdə uzun müddətli təcrübəyə malik olan peşəkar hüquqşünaslar tərəfindən təsis edilmişdir. Şirkət innovativ üsullardan istifadə etməklə az təminatlı ailələrin də hüquqa çatımlılığını təmin etmək məqsədi ilə yaradılmışdır.

Hazırda "ENSİS" Hüquq Şirkəti “Hüquqşüns köməkçisi” vəzifəsinə işçi axtarışı elan edir.

Əsas öhdəliklər:

• Ərizə, şikayət, məktub, o cümlədən müqavilə, hüquqi rəy tərtibatı;
• Hüquqi araşdırma nəticələrinə dair yazılı və ya şifahi təqdimat;
• Hüquqi xidmətlə bağlı müraciətlərin ilkin qeydiyyatı və cavablandırılması;
• Sənəd dövriyyəsinin təşkili, vəkil və hüquqşünasların gündəliyinin təşkili və nəzarəti;
• Şirkətin fəaliyyəti üzrə digər hüquq xidmətlərin göstərilməsi.

Tələblər:

• Hüquq üzrə tamamlanmış bakalavr dərəcəsi;
• MS Office kompyuter proqramlarından sərbəst istifadə etmə bacarığı;                    
• İngilis və rus dillərini bilməsi arzu olunandır.

İş qrafiki:

5 günlük iş rejimi ilə 09:00-18:00

Yuxarıdakı tələblərə cavab verən namizədlər CV-lərini 20 may 2019-cu il tarixinədək mövzu hissəsinə “Hüquqşüns köməkçisi” yazaraq  hr@ensis.az  ünvanına göndərə bilərlər. CV-lərini göndərən şəxslərdən əmək haqqı gözləntilərini, daha çox sevdikləri və ya işləmək istədikləri hüquq sahəsi barədə məlumatı (300 sözdən çox olmamaqla) qeyd etməsi xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız yuxarıda qeyd edilən tələblərə cavab verən və seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP