Gömrük işləri üzrə köməkçi
 
JOB TITLE: Gömrük işləri üzrə köməkçi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-15 LAST UPDATED: 2019-05-15 DEADLINE: 2019-06-14

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Gömrük işləri üzrə köməkçi

Vəzifə öhdəlikləri:

• Bəyannamələri tərtib etmək;
• Terminallara daxil olmuş malların gömrükdə rəsmiləşdirilməsi, çixarılması və anbara təhvil verilməsini təmin etmək;
• Anbarlara gedən nəqliyyat vasitələrini birbaşa müşaiyət etmək;
• Hesabatları şirkətin aidiyyəti şöbələrinə təqdim etmək.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini səlis bilməli, rus dili biliyi arzuolunandır;
• Bu sahədə iş təcrübəsi- 1 il;
• Yüksək səviyyədə kompyuter bilikləri;
• Analitik düşüncə və məntiqli nitq qabiliyyəti olmalı;
• Məsuliyyət, intizam, səbrlilik və detallara qarşı diqqətlilik kimi xususiyyətlər vacib tələbdir.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı – razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Gömrük işləri üzrə köməkçi” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP