Layihəçi mühəndis
 
JOB TITLE: Layihəçi mühəndis
EMPLOYER: JS Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-15 LAST UPDATED: N/A DEADLINE: 2019-06-14

Vəzifə: Layihəçi mühəndis

Vəzifə funksiyaları:

• Mülki, sənaye və infrastruktur obyektlərinin, o cümlədən metallkonstruksiyaların layihələndirilməsi;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikintiquraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
• Tender sənədlərinin hazırlanması zamanı iş həcmlərinin layihəyə uyğunluğunun yoxlanılması;
• Forma 2lərin layihəyə uyğunluğunun müəyyənləşdirilməsi;
• Mal material sifarişinin iş həcmlərinə uyğunluğunun yoxlanılması;
• Layihə sənədlərinin icra qurumları və dövlət müəssisələri ilə razılaşdırılmasında iştirak etmək;
• Yeni layihələrin hazırlanmasında və layihə dəyişiklikləri zamanı texniki heyətdə iştirak etmək;
• Əsas iş yeri ofisdə olmaqla lazım olduqda tikinti sahəsinə ezamiyyətlərə getmək;

Tələblər:

• İnşaat sahəsində Ali Təhsil;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
• Ofis proqramları, AutoCad, 3dMax, SketchUp, Tekla, Robot Structural Analysis, SAP2000 və digər bu kimi cizgilər hazırlanması, hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Qüvvədə olan tikinti normativləri ilə tanışlıq;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcək;

Əmək haqqı: Namizədin iş təcrübəsindən, bilik səviyyəsindən asılıdır, 2000 manata qədərdir, müsahibə və qarşılıqlı razılaşma yolu ilə təyin olunur.

İş qrafiki:

Bazar ertəsi – Cümə:  9:0018:00
Şənbə: 10:0015:00

Göstərilən tələblərə uyğun namizədlər öz CVlərini mailin mövzu hissəsinə mütləq "Layihəçi mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  hr@jsgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP