İş icraçısı
 
JOB TITLE: İş icraçısı
EMPLOYER: JS Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-15 LAST UPDATED: N/A DEADLINE: 2019-06-14

İŞ İCRAÇISI

Vəzifə funksiyaları

• Tikintiquraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir.
• Sahədə tikintiquraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir.
• İşlərin keyfiyyət və əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi,  materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır;
• İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlayır.
• İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrıayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
• Subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb edir, obyektlərin təhvil alınmasında iştirak edir.
• Əmək məhsuldarlığına nəzarət edir, icrası nəzərdə tutulan tapşırıqları müəyyən edir və onların icrasına nəzarət edir. İş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak edir.
• Fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış edir, bilavasitə iş yerlərində onları təlimatlandırır və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparır. Texnoloji ləvazimatların (taxtaşalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin edir.
• Ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət edir.
• İş yerlərinə, sanitarməişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə vermir. İş yerlərində, keçid və magistrala çıxan; yollarda təmizliyə və qaydaqanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət edir,
• Obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil edir. Hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparır.
• Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim edir. Səmərələşdiricilərə lazımi kömək göstərir. Kollektivdə tərbiyəvi iş aparır. Fəhlələrin ixtisas artmasını təşkil edir.

Təhsil:  

• ali təhsil (Sənaye və mülki tikinti)
• MS Office proqramları, AutoCAD

İş təcrübəsi: 

• müvafiq vəzifədə ən azı 10 il iş stajı

Bilməlidir:

• tikinti sahəsinin və ya obyektiv istehsalattəsərrüfat fəaliyyətinin müəyyənləşdirilməsinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
• tikinti istehsalatının təşkili və texnologiyasını; tikilən obyektlərik layihəsmeta sənədlərini;
• tikintiquraşdırma və buraxılışsazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtləri;
• sahə və briqadaya aid təsərrüfat hesabının üsullarını;
• icra olunan işlər üzrə vahid norma və qiymətləri, əmək haqqının ödənilməsinə aid əsasnamələri;
• iqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını;
• podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını;
• tikinti təşkilatının istehsalattexnoloji komplektləşdirmə və dispetçerləşdirmə sistemini;
• tikinti istehsalının təşkilimə aid elmin nailiyyətlərini və mütərəqqi təcrübələri;
• əmək qanunvericiliyinin əsaslarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
• Məsuliyyətli, dəqiq və peşakar
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
• İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
• Podrat təşkilatlarının sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməli

Əmək haqqı:

• Müsahibə yolu və qarşılıqlı razılaşma yolu ilə təyin olunur, 3000 manata qədərdir

Göstərilən tələblərə uyğun namizədlər öz CVlərini mailin mövzu hissəsinə mütləq "İş icraçısı" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  hr@jsgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP