Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri
 
JOB TITLE: Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-16 LAST UPDATED: N/A DEADLINE: 2019-06-15

“Avtolüks Azərbaycan” MMC-yə Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri tələb olunur.

 İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Ali təhsili (iqtisadi və ya hüquqi təhsil arzuolunandır);
2. Müvafiq sahədə  minimum 5 il iş stajı
3. Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
4. MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word);
5. Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:   

1. Şirkətin müvafiq struktur bölmələri ilə birlikdə məhsulların tətbiqi ilə bağlı tələb olunan sənədlər toplusunu (formalar, blanklar, məhsulların pasportları və s.) hazırlamaq və Şirkətin müvafiq strukturları ilə razılaşdırmaq;
2. Şirkətin aidiyyəti bölmələrinin analitik məlumatları əsasında bu və ya digər fəaliyyət istiqamətləri üzrə istifadə olunan daxili lokal normativ aktların dəyişdirilməsinə dair metodiki tövsiyələr və təkliflər vermək;
3. Şirkətin “Normativ aktlar haqqında” Qaydalarına uyğun olaraq, Şirkətin müvafiq idarəetmə orqanı tərəfindən təsdiq edilən şirkət daxili normativ sənədlərin nömrələnməsini və qeydiyyatını təmin etmək;
4. İş prosesində şirkətin fəaliyyətini tənzimləyən şirkət daxili normativ aktların təkmilləşdirilməsi, o cümlədən bu və ya digər xidmətlərin optimallaşdırılması üzrə nümunəvi layihələr, metodiki tövsiyələr və təkliflər vermək;
5. Şirkət daxili  şöbələrin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək;
6. Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
7. Şöbə rəisinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
8. Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;

Email : Hr@autolux-az.com 

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP